Şimali Koreya ballistik raket buraxıb, Yaponiyada həyəcan siqnalı verilibbackend
Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb.
”Yeni Gundem” xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi cənubi koreyalı hərbçilərə istinadən məlumat yayıb.

“Şimali Koreya Şərq dənizi istiqamətinə müəyyənləşdirilməyən ballistik raket atıb”, – məlumatda qeyd olunub.

Eyni zamanda Yaponiya KİV bildirib ki, Şimali Koreyanın raketi Sakit okean istiqamətinə Yaponiya üzərindən keçib. Hadisə ilə bağlı adanın həmin ərazisində hava həyəcanı siqnalı verilib.

Qeyd edək ki, ötən gün sözügedən agentlik Şimali Koreyanın Yapon dənizi və Sarı dənizə doğru 17 raket atdığını və 100 artilleriya atəşi açdığını bildirib.