Şimali Koreya ballistik raketi sınaqdan keçiribbackend

Şimali Koreya ballistik raketin yeni modelini sınaqdan keçirib.

“Yeni Gundem” Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verir.

Onların məlumatına görə, Pxenyan yaxınlığındakı ərazidən buraxılan raket təxminən 1000 km məsafə qət edib. Cənubi Koreya raket sınağını “ciddi təxribat” hesab edir.

Ölkənin müdafiə agentliyi əsas müttəfiqi ABŞ-la sıx koordinasiyada olduğunu iddia edir.

Ağ Evin yaydığı bəyanatda qeyd edilir ki, onlar uzun mənzilli ballistik raketin sınağını “qətiyyətlə pisləyirlər”.

Raketin buraxılması Yaponiyada da narahatlıq yaradıb. Yaponiya hakimiyyət orqanları Hokkaydo adasının boşaldılması və sığınacaqlara köçürülməsi barədə əmr versə də, qısa müddət sonra xəbərdarlıq ləğv edilib.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamadanın sözlərinə görə, raket Yaponiya ərazisinə düşməyib.

Fərahim Rəhimov