Şimali Koreya nüvə sınağı keçirə bilər – Yaponiyabackend

 “Yaponiya hökuməti hesab edir ki, Şimali Koreya nüvə sınağı keçirə və ya başqa təxribat törədə bilər”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.

“Biz bilirik ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təlimləri ilə bağlı hiddətini gizlədə bilmir. Yaponiya hökuməti hesab edir ki, Şimali Koreya nüvə silahı sınaqları da daxil olmaqla, başqa təxribatlar da edə bilər. Mən Şimali Koreyanın gələcək hərəkətlərini şərh etməkdən çəkinmək istərdim, hökumətimiz öz vətəndaşlarının həyatını və dinc yaşayışını qorumaqda qərarlıdır və ayıq-sayıq qalacağıq. Bütün bunları məlumat toplayaraq təhlil edəcəyik” – deyə, Matsuno vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya çərşənbə və cümə axşamı gündə iki dəfə raket atışları həyata keçirib. Cümə axşamı səhər üç raket atılıb ki, onlardan birinin qitələrarası ballistik raket olduğu güman edilib.