Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcək? – Özü danışdıbackend

“İkinci turda kimi dəstəkləyəcəyimizlə bağlı məsləhətləşəcəyik və bununla əlaqədar müşavirə keçirəcəyik”.

Bunu “ATA İttifaqı”nın namizədi Sinan Oğan prezident seçkilərinin ikinci turu ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, qısa zaman ərzində kimi dəstəkləyəcəyi ilə bağlı qərarı elan edəcək: “Bu, Sinan Oğanın yox, ümumi ağlın qərarı olacaq”.

Siyasətçi səsvermənin ikinci turunun keçiriləcəyinə əvvəlcədən inandığını söyləyib: “Biz demişdik ki, türk millətçiləri olaraq seçkilərin mərkəzində olacağıq. Demişdik ki, biz bu seçkiləri müəyyənləşdirəcəyik. Biz istədiyimiz bütün hədəflərə çatdıq. Bundan sonra biz Türkiyənin böhrana düşməməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik”.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

“Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb.“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan isə 5,17% səs qazanıb./Report