Sinaqoqda faciə: 2 yəhudi öldü, 100 nəfər yaralandıbackend
Qüdsün şimalında yerləşən və inşası hələ tamamlanmayan bir sinaqoqda tribuna çöküb.
“Yeni Gündəm” xəbər verir ki, təhlükəsizlik qüvvələrinin yaydığı açıqlamaya görə, Qərb Şəriyədəki Givat Zeev Sinaqoqunda ibadət üçün 650 civarında Ortodoks yəhudi toplanıb və hadisə bu zaman baş verib.
Nəticədə 100 nəfər yaralanıb, 2 nəfər isə həyatını itirib. Şahidlər isə insanların “Şavuot” festivalına yığışdıqlarını və qəzadan əvvəl rəqs edib mahnı oxuduqlarını söyləyib