Sionist işğalçılar Məscidül-Əqsaya yenidən basqın etdibackend

Sionist yəhudilər sözdə polisin himayəsi altında bu gün növbəti dəfə Məscidül-Əqsaya basqın ediblər.

“Yeni Gundem” xəbər verir ki, Yəhudi qəsbkarlar Talmudik ayinlərini yerinə yetirmək üçün Məscidül-Əqsanın cənub-qərbindəki Əl-Məqaribə (Mərakeş) qapısından Hərəmi-Şərifə daxil olublar.

Sionist işğalçılar sözdə polis himayəsi altında təxribat xarakterli turlar və Talmud ayinləri həyata keçirdilər. Sionist işğal rejimi basqın zamanı yəhudiləri qorumaq üçün sözdə polisdən istifadə edib.

Mənbə: İLKHA

Aynur Camal