Siqaret bahalaşdıbackend

Bu gündən elektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq.

“Yeni Gündəm”-in xəbərinə görə, bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib.

Bununla da tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1 000 ədədinə görə 38.5 manat olması müəyyən olunub. Daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1 000 ədədinə görə 35 manat idi.