“Sıra məndə, çox yorulmuşam, çox” – Nadir Qafarzadə ölümdən yazdıbackend

Müğənni Nadir Qafarzadə həmkarı Baloğlan Əşrəfovun ölümünə reaksiya verib.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda sosial şəbəkə hesabında paylaşım edən Qafarzadə üzüldüyünü qeyd edib, daha sonra həyatdan bezdiyini yazıb:

“Bu da son…Ömürün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu çox…”Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək” səni də apardı, tufanlar, sənətkar. Heç inanmaq istəmirəm, nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndə, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur”.

Müğənninin bu paylaşımı izləyiciləri şoka salıb. Onlar N.Qafarzadənin intihara eyham vurduğunu yazıblar.