Şirkətin anbarında iş yoldaşını bıçaqlayıb öldürdübackend

Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovu bıçaqlayaraq oktyabrın 10-da xəstəxanada ölməsinə səbəb olan iş yoldaşı tutulub.

Prokurorluqdan “Yeni Gündəm”-ə verilən məlumata görə, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri “Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib.

Nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.