Şirvan şəhər 3 saylı uşaq baxçasında rüşvət qalmaqalı – İDDİAbackend

Şirvan şəhər 3 saylı Yasəmən uşaq bağçasında valideynlərdən rüşvət alınması barədə xəbərlər yayılıb.

“Yeni Gündəm” adı çəkilən uşaq bağçası ilə bağlı daxil olan şikayət məktubunu olduğu kimi təqdim edir:
“Baxçanın müdiri Elmira Səfərova uşaq qəbulu üçün valideyinlərdən 200 manat rüşvət alır. Hər ay isə hər bir valideyindən 15-20 manat pul yığır.

Baxçada çalışan müəllimələrdən biri Baş Prokrorluğa məsələ barədə şikayət ünvanlayıb. Prokurorluq gəlib araşdırma aparsa da bir nəticə olmayıb. Yenidən prokurorluğa şikayət olunub və araşdırma aparılıb. Valideyinlərə təzyiq göstərilib ki, Elmira Səfərovadan şikayətçi olmasınlar.Şikayəti olanları isə izahat verməyə imkan verməyiblər.”

Həmçinin şikayət məktubunda iddia olunur ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Elmira Səfərovaya himayədarlıq edir.
Məsələ nəzarətimizdədir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Ardı var…Busaat