Şirvanda at oynadan “XƏYYAM-2012” – avtovağzalın işini iflic edibbackend

Şirvan şəhərində qanunsuz avtovağzal fəaliyyəti və ayrı-ayrı sürücülər tərəfindən qanunsuz şəhərlərarası sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi işini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına uyğun quran “Şirvan Avtovağzalı” ASC-nin fəaliyyətinə əngəl törədir.

“Yeni Gündəm” xəbər verir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilən pasport verilmiş “Şirvan Avtovağzalı” ASC ilə yanaşı, şəhərdə qanunsuz olaraq 5 ayrı yerdə şəhərlərarası sərnişindaşıma fəaliyyəti həyata keçirilir.

Şirvanda qeyri-qanuni formada fəaliyyətə başlayan “XƏYYAM-2012” MMC-nin şəhərlərarası sərnişindaşıma xidmətinin 70 faizini həyata keçirməsi “Şirvan Avtovağzalı” ASC-ni çətin vəziyyətdə qoyub.

Avtovağzalda sərnişindaşıma ilə məşğul olan sürücülər bütün rəsmi sənədlərinin olmasına baxmayaraq, qeyri-qanuni fəaliyyət göstərən avtovağzalların onların işlərində böyük çətinliklər yaratdığını qeyd ediblər.

Yenicag.az