Siyasi partiyaların məsuliyyət növlərini müəyyənləşdirən qanun hazırlanacaqbackend

“Siyasi partiyalar haqqında” qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi hazırlanacaq.

“Yeni Gundem” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Siyasi partiyalar haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.