Siyasi partiyaların nümayəndələri Bakıda Türk Şəhidliyini ziyarət etdilərbackend

Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk Şəhidliyini ziyarət ediblər.

“Yeni Gündəm”-in məlumatına görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.