Siyavuş Novruzov da Tofiq Yaqublunun azadlığa çıxmasını istəyirbackend

Tofiq Yaqublunun azad olunması ilə bağlı hakimiyyətlə aparan danışıqlar ümidvericidir. Biz hamımız istəyirik ki, o azadlığa çıxsın.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Tofiq Yaqublunun azadlığa çıxması üçün yaradılan İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfərovlu Qarabağ qazisi Tofiq Yaqublunun həbsdən azad edilməsi ilə bağlı hökumətlə aparılan danışıqlar barədə danışarkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda İşçi Qrupunun digər üzvü Çingiz Qənizadə də bütün kanalları işə salaraq aidiyyəti üzrə danışıqlara başlayıb:

“Çalışırıq ki, bütün əhatəli insanlarla söhbət aparaq. Bu məsələnin Apellyasiya Məhkəməsində həll olunmasına çalışırıq. Əliməmməd Nuriyev də bu məsələ ilə məşğuldur”.

Novella Cəfəroğlu bildirib ki, nəticələr ümidvericidir:

“Millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa da Tofiq Yaqublunun azadlığa çıxması üçün çağırış edib. Hökumət daxilində bunu istəyənlər var. Hətta YAP-çı millət vəkili, Milli Məclisin komitə sədri Siyavuş Novruzov da hesab edir ki, Tofiq Yaqublu Qarabağ qazisi olduğu üçün həbsdə qalmamalıdır”.

Qeyd edək ki, İşçi Qrup Tofiq Yaqublunun Qarabağ qazisi və səhhətində problemlər olduğunu nəzərə alaraq, onun həbsxanadan azad edilməsinə çalışır.Axar.az