Siyavuş Novruzov həyat yoldaşı Səbinə Əliyeva ilə görün harada tanış olubmuş (VİDEObackend

Baku TV-də yayımlanan “O, kimdir?” verilişinin növbəti qonağı millət vəkili Siyavuş Novruzov olub.

Deputat idman karyerasından, həyat yoldaşı – Ombudsman Səbinə Əliyeva ilə tanışlığından danışıb, birmənalı qarşılanmayan çıxışlarına da aydınlıq gətirib.

Millət vəkili özünün və ailə üzvlərinin bizneslə məşğul olmadığını, dövlətin verdiyi əməkhaqqı ilə dolandıqlarını qeyd edib.

O, “bədxərc deyiləm, amma pulu yığıb saxlamağı da sevmirəm. Cibimdə nə qədər pul varsa, hamısını xərcləməliyəm”, – deyə ailə büdcəsinin idarə edilməsindən bəhs edərkən deyib.