Siyavuş Novruzov Vasif Talıbovla qohumdur?backend

“Mənim Vasif Talıbovla heç bir qohumluq əlaqəm yoxdur”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla qohumluq əlaqələrinin olması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, sözügedən iddianın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Bu xəbər yalandır, həqiqəti əks etdirmir. Sadəcə, Vasif Talıbovun kürəkəni ilə soyadımız eynidir. Lakin yaxından-uzaqdan qohumluğumuz yoxdur”.p

Qeyd edək ki, sosial şəbəkələrdə S.Novruzovun Vasif Talıbovun kürəkəninin əmisi olduğu iddia edilib.