Siyəzəndə yanğın: Xəsarət alan varbackend

Siyəzən rayonunun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

“Yeni Gündəm” bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.