Siz heç belə istirahət etmisinizmi?backend

Türkiyənin YeniŞafak informasiya agentliyindən Serdar Tuncerin Özbəkistanla bağlı təəssüratları:

Yay tətili üçün heç bir planınız yoxdursa ilk olaraq Özbəkistana gedin. Yeni veriliş çəkilişləri ilə birlikdə bura səfərimizin əsas məqsədi din böyüklərimizin məzarlarını ziyarət etmək idi.

Hansı ölkəyə mənsub olmağınızdan asılı olmayaraq əgər övliyalara bağlılığınız varsa bu yerləri mütləq ziyarət etməlisiniz.

Çünki “Qızıl silsilə”nin (Məhəmməd Peyğəmbərdən (s.a.s) sonra yerinə vəkalət edəcəyi rəvayət edilən övliyalar) 12 böyük nümayəndəsi bu torpaqda dəfn olunub.

Hansı ki, nurlu iqlimi, bərəkətli torpaqları və elm ocağı kimi məşhurdur. Belə ki, “Yaşayan Soltan” kimi tanınan Kusam bin Abbas (r.a.), altı böyük hədisçilərdən olan İmam Buxari, İmam Tirmizi, İmam Darimi, İmam Maturidi, böyük təfsirçi İmam Nəsəfi, “Əl-Hadayə” kitabının müəllifi Merginani, elm və sufizmin böyük alimlərindən olan Hakim Tirmizi, Şeyx Diggerani, Abdulxaliq Gücdevani və bu kimi böyük alimlər məhz bu torpaqlarda dəfn olunub.

Bəzən yol uzun, zaman isə qısa olur. Bunun üçün özünüzə üç şəhəri əhatə edəcək bir program hazırlayın: Buxara, Səmərqənd və Tirmizi. Bu üç şəhər və bir həftə sizə adlarını çəkdiyim bu insanların məzarlarınl ziyarət edib mənən dincəlməyinizə kifayət edəcək.

Tətiliniz bitəndə vücudunuz bir az yorulacaq, lakin ruhunuz tamamilə dinclik tapacaq. Hətta iddia edə bilərəm ki, doğma şəhərinizə qayıtdıqda qəlbinizi acı kədər hissi bürüyəcək.
O ki, qaldı xərclərə, hesab edirəm ki, bir həftəlik dənizkənarı istirahətə xərcləyəcəyiniz məbləğdən heç də artıq olmayacaq. Üstəlik viza problemi də yoxdur.

Qeyd: Özbəkistan Turizm Nazirliyindən olan qardaş və bacılarım Cihangir Sayidoğluna, ev sahibimiz Ənvər Yusuf və səfərimiz boyu bizləri qürurlandıran  kapitan Ekməl Pirimoğluna, səyahətçi həmkarımız Prof. Dr. Müəllimim Bilal Sümüyə və onların mərhəmətli həyat yoldaşı Fatma xanıma, həmçinin komandamızdan Bilal, Doğan və Emirhana təşəkkür edirəm.