SN-in vəzifədən azad olunan Aparat rəhbəri: “İstefa verdim”backend

“Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər”. 

“Yeni Gündəm” xəbər verir ki, bunu “Report”a Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunan Nadir Zeynalov deyib.

“Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb” deyə N.Zeynalov bildirib.

Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.