Şifa xəstəxanasına sığınan mülki şəxslər, yaralılar və tibb işçiləri ölümcül mühasirəyə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, xəstəxananın ətrafına yerləşdirilən snayperlər və dronlar hərəkət edən hər kəsə atəş açır.Digər tərəfdən İsrail tankları Qüds xəstəxanasının 20 metrliyinə yaxınlaşıb. Xəstəxanaya sığınanlar qorxu və panika içərisindədir.
“Yeni Gundem” xəbər verir ki, İsrailin HƏMAS-a qarşı müharibəsi son bir neçə gündə münaqişədən qaçan minlərlə insanın sığındığı Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa xəstəxanası ətrafında cəmlənib. Məlumata görə, çapraz atəş altında olan xəstəxanada yanacaq tükənib, bir çox generatorlar dayanıb, tibb işçiləri ilə yanaşı xəstələr də həyatları üçün mübarizə aparırlar.
Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Selmiyə Əl-Cəzirə kanalına verdiyi açıqlamada səhiyyə ocağının dünya ilə əlaqəsinin kəsildiyini və İsrailin atəşi altında olduğunu bildirib.
Qəzza səhiyyə nazirinin müavini Munir əl-Bəşir Şifa xəstəxanasının ətrafındakı hər şeyin hədəfə çevrildiyini bildirib və deyib:
“Biz xəstəxana kompleksinin içərisində və ya xaricində hərəkət edə bilmirik. Mühasirəyə alınmışıq, şəhidlərimizi dəfn edə bilmirik. Biz xəstəxananın daxilində kütləvi məzarlıq açacağıq. Bildirilib ki, İsrail əsgərləri xəstəxananı tərk edərək qaçmağa çalışan mülki şəxslərə də atəş açıb”.
Qəzza səhiyyə nazirinin müavini Yusuf Əbu Elriş faciəni belə izah edib: “Bütün dünyaya xəbərdarlıq etdiyimiz şey indi baş verir, bütün generatorlar susur. Bir neçə dəqiqə əvvəl snayper iflic olmuş və ölmək üzrə olan texniki dəstə üzvünün boyun nahiyəsindən atəş açıb. Biz hamımız qapalı vəziyyətdəyik, dünyadan qopuq və hər şeydən əvvəl tibbi resurslardan məhrumuq.
Şifa xəstəxanasında 1500 xəstə və 1500 tibb işçisi ilə yanaşı, qarşıdurmadan qaçan 20 minə yaxın insanın olduğu bildirilir.
Mənbə: hurriyyət.tr
Aynur Camal