SOCAR icra hakimiyyətini məhkəməyə verdibackend

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi Suraxanı Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.

“Yeni Gundem”-in məlumatına görə, bu barədə şirkət Bakı İnzibati Məhkəməsinə üz tutub.

Belə ki, “Azneft” torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Aygün Əhədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.Pravda.az