SOCAR-ın dənizdə itkin düşən əməkdaşının adı açıqlandıbackend

SOCAR-ın Neft Daşlarında itkin düşən əməkdaşının adı məlum olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, həmkarı Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb:

“Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb. Axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib.

Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur. Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur. 1972-ci il təvəllüdlüdür, ailəlidir, iki oğlu var. Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. Axtarış davam edir”.