SOCAR-ın milyonlarını xaricə yatıran üçlük kimdir?backend

Azərbaycanda son 5-6 ildə baş verən ardıcıl devalvasiyalardan sonra iri və orta ranqlı məmurların xaricdə biznes qurmaları geniş vüsət almaqdadır.
Bu barədə yerli və xarici KİV-lərdə dəfələrlə məlumatlar dərc edilib.

Məmurlar Azərbaycandan çıxartdıqları pullara deklarasiya təqdim edə bilmədikləri üçün əsasən şərqi Avropa ölkələrinə və Türkiyəyə axın edirlər.
Ölkədən çıxarılan vəsaitlər bu ölkələrdə əsasən daşınmaz əmlaklara, inşaat sektoruna yatırılır.
Saytımızın əldə etdiyi məlumata görə Türkiyədə biznes quran bu dəfəki məmurlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vəzifəli şəxsləridir.
Belə ki, Türkiyədə əmlak sahəsində fəaliyyət göstərəcək “LTS Emlak” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov, “SOCAR Türkiyə” Şirkətlər Qrupunun maliyyə departamentinin direktoru Teymur Abasquliyev və ARDNŞ nümayəndəsi Məmməd Nəzərəliyevin ortaqlığı ilə yaradılıb. Bundan başqa hər üç şəxs eyni ildə Scr Gayrimenkul Anonim Şirketinidə təsis ediblər. Həmçinin Zaur Qəhrəmanovun qardaşı Məmməd Qəhrəmanovda 2014-cü ildə nizamnamə kapitalı 1 milyon TL olan Ner Tekstil İnşaat Turizm İthalat İhracat Sanayi ve Ticaret Limited Şirkətini qurub.

Qeyd edək ki, bir müddət öncə Məmməd Nəzərəliyevin adı Monteneqronun Kumbor ərazisindəki keçmiş barrakları brend otellərə çevirmək prosesində hallanırdı. O zaman Azərbaycan tərəfindən 315 milyon dollar yatırılması planlaşdırılan proyektə 13 milyon avro dərhal ödənmişdi.

Proyektə yatırılan pulların mənbəyi və proyektin sonrakı taleyi barədə məlumatlar yoxdur.busaat