Soçi Bəyanatında bundan əvvəl qəbul edilmiş sənədlərdə əks olunan önəmli prinsiplərə sadiqlik nümayiş olunubbackend

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə 31 oktyabr 2022-ci il tarixində Soçiyə etdiyi işgüzar səfəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən hadisədir.

İmzalanmış Soçi Bəyanatında bundan əvvəl qəbul edilmiş sənədlərdə əks olunan önəmli prinsiplərə sadiqlik nümayiş olunub. Bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub.

Təhlükəsizliyin qorunması məsələsində Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı qeyd olunmuşdur.

Dövlət başçımızın Soçi səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladıqları 31 oktyabr 2022-ci il tarixli Bəyanat tamamilə Azərbaycanın milli mənafelərinə uyğun məzmunda tərtib olunub. Xüsusilə tərəflərin Beynəlxalq hüquq və normalara sadiqliyini bəyan edən müddəa mahiyyət etibarı ilə özündə Ermənistan hökumətinin Qarabağda Azərbaycanın hakimiyyətini tanıdığını ehtiva edir. Həmin müddəaya görə tərəflər münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll etməlidirlər.

Aidə Məhərrəmova.Azərbaycan Dövlət Pedaqoji Universiteti