“Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir” – Hikmət Hacıyevbackend
Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir.
Bunu “Yeni Gündəm”-ə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı bildirib.
Onun sözlərinə görə, orada qəbul olunmuş bəyanətində əks olunmuş fikirlər, həmçinin aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət bir dinamika vardır:
“Amma eyni zamanda Ermənistan tərəfi regionda dəyişmiş geosiyasi reallığa uyğun olaraq özü də tam şəkildə dərk etməlidir ki, yekunda Ermənistan və Azərbaycan arasında sülhün olması Ermənistanın özünün də bilavasitə maraqlarında ola biləcək bir məsələdir. Azərbaycan da öz tərəfindən regionda sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra davam etdirəcəkdir”.
Təbriz Məhərrəmoğlu
Yenigundem.az