Soçidə gənc cütlüyün dalğalarla “zarafatı” faciə ilə nəticələndi – VİDEObackend

Rusiyanın Soçi şəhərində dəhşətli hadisə baş verib. Belə ki, Lipetsk vilayətindən istirahətə yollanan 20 yaşlı qız və onun sevgilisinin adrenalin həvəsi faciə ilə nəticələnib: İri dalğalar gənc qızı açıq dənizə aparıb.

Sosial şəbəkələrdə hadisə anının görüntüləri yayılıb.

Kadrlarda cütlüyün təhlükəli hava şəraitinə məhəl qoymayaraq, çimərlikdə dalğalarla “oyunları” əks olunub. Ancaq sonda dalğanın gənc qızı dənizə sürükləməsi və onun saniyələr içində yoxa çıxması görünür.

Məlumata görə, artıq üçüncü gündür ki, xilasetmə qüvvələri qızı axtarırlar. Ancaq axtarışlar hələlik nəticəsiz qalıb.

Oxu.az