Şöhrət Səlimbəyli vəfat etdibackend

AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru Şöhrət Səlimbəyli vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, Qarabağ Müharibəsi veteranı, jurnalist Ş. Səlimbəyli ötən gün koronavirus səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, 60 yaşlı jurnalistdə bir neçə gün əvvəl COVID-19 aşkarlanıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alırdı.

Allah rəhmət eləsin!