ŞOK İDDİA! SABUNÇU RAYONU TALANIR! QANUNSUZ ƏRAZİ HASARLANIR! YENƏ ADİL VƏLİYEV. ANAŞKİNDƏN ÖZƏL REPORTAJbackend

Artıq bir həftədir ki, Sabunçu rayonunda məlumat və müraciət əsasında araşdırma aparırıq. Bu bir həftə ərzində saytlarda dərc olunan və kanalımızda yayımlanan məlumatlarla bağlı Sabunçu RİH-nin Başçısı və məsul şəxsləri heç bir açıqlama vermək istəmirlər. Bu da özbaşınalığın və Qanunun Aliliyinə hörmətsizliyin bariz nümunəsi !

Sözügedən vəzifəli şəxslər kimə arxayındırlar? Yəni bu qədərdə özbaşınalıq olarmı ? Nəisə…..

Gəlin keçək əsas məsələyə. “Parkın ərazisinin satılması, “Razin dağı”nın ətraf ərazilərinin satılması, Geofizika İnstitutunun şam ağacları ilə əhatə olunan ərazisinin satılması, Sabunçu rayonunun müxtəlif ərazilərini satmaqla milyardlıq sərvətlərin əldə edilməsi” kimi gözlə görünən faktlara söz tapmayan Sabunçu İcra başçısının daha bir qanunsuz və özbaşınalığı ilə bağlı səslənən iddialara aydınlıq gətirmişik.

Kadrlardan gördüyünüz bu ərazi Sabunçu qəsəbəsinin inzibati ərazi vahidinə aid olan ANAŞKİN ərazisidir. Bu ərazidə on minlərlə bəlkə də çox sayda əhali yaşayır.  Bu ərazinin torpaq sahələri nə rayon İcra Hakimiyyətinin, nə də Bələdiyyənin mülkiyyətində deyildir. Ərazidə torpaqlar sənədsiz satılaraq böyük bir şəhərcik salınıb. Yəni bu ərazidə sadə vətəndaşların heç birində torpağa və evlərə aid sənədlər yoxdur.  Yalnız vəzifə səlahiyyəti olan şəxslərin və İcra hakimiyyətinin məsul şəxslərinin zəbt etdiyi torpaq sahələrindən başqa. Bu məmurlar özlərinə aid zəbt olunan əraziləri ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdiriblər. Necə və hansı qaydada rəsmiləşdirilib, bu barədə daha sonrakı reportajımızda.

İndi isə ərazidən lentə aldığımız kadrlarada görünən real faktlara münasibət bildirək.

Anaşkində gördüyünüz bu ərazi hasarlanıb. Bu kadrlar hasarlanan bu ərazinin əvvəlki görünüşüdür. Hazırda isə ərazi tam olaraq hasarlanmış vəziyyətdədir. Ərazinin ümumi sahəsi təxminən 7 (yeddi)  hektara yaxındır. Sabunçu qəsəbə Nümayəndəliyinin işçisi Arif Əmrahovun telefonla bildirdiyinə görə bu ərazini İcra başçısı Adil Vəliyev hasarlayıb.  İddia olsa da  faktı etibarlı mənbə də təsdiqləyib. Mənbənin məlumatına görə vəzifəli şəxslər bu ərazidə zəbt etdikləri torpaq sahəsini əvvəlcə hasarlayır ki, rəsmiləşdirilmə zamanı kordinantları təyin etmək mümkün olsun. Lakin nəzərə alınmalıdır ki, hasarlanan ərazinin heç bir rəsmi sənədi olmadığı halda hasarlanır ki, bu da qanunla qadağandır və məsuliyyətə səbəb olur. Görünən budur ki, vəzifə səlahiyyətləri kimlərinsə işinə yarayır. Ona görə də rahatlıqla qanunsuz misiyalarını həyata keçirə bilirlər.

Bundan başqa kadrlarda gördüyünüz biri-birinə oxşar bu mənzərəli 6 ədəd fərdi yaşayış evlərinin faktiki Adil Vəliyevə məxsus olduğu iddia edilir.  Mənzərəli yaşayış evlərinin yanında görünən geniş ərazini əhatə edən qeyri yaşayış obyektinin və digər tərəfdə görünən villanın, qarşısındakı təxminən 2 hektardan çox görünən boş hasarlanmış torpaq sahəsinin də Adil Vəliyevə məxsus olduğu bildirilir. İcra Başçısı Adil Vəliyevin hansı əmlaklara sahib olması barədə məlumatı işıqlandırmışıq. Bu ərazidə də İcra Başçısı vəzifəsi Adil Vəliyevin işinə az yaramayıb. Təkcə bu əmlakların və torpaqların ona aid olması iddiasına görə yox, on minlərlə insanların yaşadığı ərazidə bir şəhərciyin salınmasını deyirik.  Bu ərazidə sənədsiz tikilən evlər, satılan torpaqlar özbaşına satılıb tikilməyib ki?  İcra Başçısının məlumatı olmadan bu ərazidə bir quş belə uça bilməz.  Bu da Kral səltənətinin bariz nümunəsi.

Bu kadrda gördüyünüz Villanın yanında inşa edilən dəmdəsgahlı sənədsiz fərdi yaşayış evi, İcra Başçısının birinci müavini Güloğlan Məmmədovun qızına məxsus olduğu deyilir.  Yəqin ki, bu tikili tam inşa olunandan sonra böyük bir Villa olacaq.  Yanında görünən Villanın da Güloğlan Məmmədova aid olduğu iddia edilir. Birinci müavinin əmlak siyahısını da ictimaiyyətə təqdim etmişik. Bu məmurların əmlak siyahılarına baxanda Sabunçu rayonuna necə rəhbərlik etdiklərini aydın şəkildə görmək olur.Məsələnin əsas qayəsi, sənədsiz torpaq sahəsini zəbt edib dəmdəsgahlı Villa inşa edən birinci müavin və ərazidə xüsusi mülkləri olması iddia edilən, 7 hektar ərazini sənədsiz hasarlanmasına icazə verən icra başçısı, nədənsə bu ərazidə halal zəhməti ilə qazanılan pulun verib torpaq alan sadə, kasıb, kirayədə yaşayan  vətəndaşlara tikintiyə icazə vermir. Əsas da göstərirlər ki, sənəd yoxdur. O halda sual olunur, sizin sənədiniz varmı hektarlarla ərazini hasarlayırsız? Yaxud birinci müavin Güloğlan Məmmədovun sənədi varmı ki, qızı üçün dəmdəsgahlı evin tikintisi üçün tikinti işləri aparır? Qoy cavabı özümüz verək.  Sizin sənədiniz yoxdur. Sizin vəzifəniz, səlahiyyətiniz var. Qanunsuz tikinti aparmağınız da səlahiyyət imkanlarınızdan irəli gəlir ki, sizə gözüm üstə qaşın var deyən yoxdur. Amma narahat olmayın. Bu ölkənin Xalq tərəfindən seçilən, vətəndaşın yanında olan humanist  Prezidenti var. Ölkə Prezidenti sizin qanunsuz əməllərinizə qarşı tədbir görəcək. Sadə vətəndaşın da problemini həll edəcək.  İnsanların haqlarını əlindən almağınıza nə dövlətimiz imkan verməyəcək, nə də ki, media olaraq biz imkan verməyəcəyik. ÜmidTv Azərbaycan kanalı dövlətinin yanında olduğu kimi, ölkə vətəndaşlarının da yanında olub və olacaq.  Siz məsul şəxslər görüntülənən faktlar qarşısında aciz duruma düşdüyünüz üçün açıqlama verməkdən belə çəkinirsiniz. Heç narahat olmağa dəyməz. Biz sizə köməklik göstərəcəyik. “Sabunçunun  görünməyən tərəfləri” adlı media hesabatımız araşdırma tam yekunlaşan kimi toplanan faktlarla birlikdə ölkə Prezidentinin ünvanına çatdırılacaq. Lazımi tədbirlərin görüləcəyinə inanırıq. Yenə də məsələ ilə bağlı mövqeyinizi bildirmək istəsəniz dərc etməyə və işıqlandırmağa hazırıq. Araşdırmalarımız davam edir.

Ardı var….

Ümid Tv Azərbaycan.