“SOLİTON”un adı qaımaqalda: İki qardaşa kim və necə pul “atıb“?backend
Rasim və Mənsur Sadıqov qardaşları “Soliton” mağazalar şəbəkəsi ilə çəkişmədədir.
Tia.az-ın verdiyi xəbərə görə, Sadıqovlar 2009-cu ildə “Karaca” qab-qacaqlarını satmaq üçün şirkətlə sövdələşiblər.
Şirkətin nümayəndəsi Gəncəli İsmayılov qabların satışı üçün rəhbərliyin şərtlərini onlara açıqlayıb. Şərtlərdən biri belə olub ki, mağazaların təmiri yüksək səviyyədə olmalıdır.
Mağazanın yeni dizaynı üçün ön şüşələrin dəyişdirilməsi, qiymətli alkopan örtüklə bəzədilməsi, mağazanın daxilinin isə rəhbərliyin verdiyi dizayna uyğun mebel vitrinlərlə təchiz olunması tələb olunub. Hesablamalar zamanı külli miqdarda vəsaiti lazım olduğu aydınlaşıb və Sadıqovlar razılaşmayıblar.
Şirkət əməkdaşı deyib ki, mağazaya çəkilən bütün xərclər “Soliton” tərəfindən ödəniləcək.
Onun sözlərinə inanan Sadıqov qardaşları şəxsi büdcədən 30 min manat ayıraraq mağazaları şirkətin istəyinə uyğun təmir ediblər.
İlk aylarda normal işləməsinə baxmayaraq, “Soliton” süni qiymət artımına getməyə başlayıb, bu da narazılıq yaradıb.
Bu illər ərzində mağazalara aylıq 200 min manatdan artıq icarə haqqı ödənilib, “Soliton” tərəfindən gələn qabları saxlamaq üçün ayrılan anbara isə 42 min xərc çəkilib.
Sadıqovlar görüblər ki, “Soliton” bir qəpik xərci belə çıxmadan onların üzərindən rahat pul qazanır. Ona görə qab-qacaqları təhvil vermək qərarına gəliblər.
İki il sonra Elvin Novruzov adlı şəxs tərəfindən Sabunçu rayon məhkəməsinə çağırılıblar. Şirkətin rəhbəri Müseyib Bağırovla görüşərək mahiyyətini öyrəniblər. Şirkət sahibi ilə söhbət əsnasında məlum olub ki, Elvin Novruzov həmin Gəncəli İsmayılovun qayınıdır.
Şirkət rəhbəri etiraf edib ki, G.İsmayılov şirkətə məxsus külli miqdarda vəsaiti mənimsəyib, Çexiyaya gedərək bahalı brend qabları ölkəyə gətirməsinə xərcləyib, bununla da öz şəxsi biznesini qurub. Lakin şirkət sahibi G.İsmayılov onun qardaşı Sahib Bağırovun da qayını olduğu üçün heç bir quruma şikayət etməyib. Beləliklə, Sadıqovların böyük məbləğdə pulu mənimsənilib, şirkət sahibi də oxşar aqibəti yaşadığını bildirir. Qeyd edək ki, “Soliton” şirkəti üç qardaş – Müseyib, Sahib və Rahib Bağırovlar idarə edir.