Solovyov: Müharibədə hədəfimiz bu şəhərlərdir – Videobackend

Qalmaqallı teleaparıcı Vladimir Solovyov Rusiyanın Donbas və Ukraynanın cənub-şərqini ələ keçirməklə kifayətlənməyəcəyini bildirib. Onun sözlərinə görə, Kremlin əsas məqsədi Kiyev və Lvovdur.

O, bu barədə “Rossiya-1″ telekanalında yayımlanan verilişdə deyib.

“Biz Donbasda dayanmayacağıq. Kiyev Rusiya şəhərlərinin anasıdır! Kiyev, Lvov! Ukraynalıların necə davranacağından asılı olaraq, qərar verecəyik. Lazım olanda, özümüz dayanacağıq”, – Solovyov deyib.

Xatırladaq ki, daha əvvəl Vahid Rusiya Partiyasının Ali Şurasının katibi Andrey Turçak “dxr” və “lxr”, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkibinə daxil olacağını demişdi.

Axar.az