Şolts Putinə nə dedi?- Soyuq qış, isti siyasətbackend

Avropa tarixdə görmədiyi günlərini yaşayır.Bir neçə gün əvvəl Almaniya kansleri Olaf Şoltsun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı, eyni vaxtda Fransa Prezidenti Emanuel Makronun ABŞ-a 5 günlük səfəri beynəlxalq mətbuatda böyük müzakirələrə səbəb olub.

Son siyasi durumu Yeni Gundem” şərh edən Politoloq Cümşüd Nuriyev ABŞ-ın Almaniyanı parçalamaq niyyətində olduğunu bildirdi.

Onun fikrincə, Markeli uzaqlaşdırıb, Şoltsu hakimiyyətə gətirmək ABŞ-ın planları daxilində olub.

“Uzun müddət idiki , Almaniya Avropa İttifaqının əsas güclərindən biri idi . Almaniyanın dünya arenasında oynadığı rol ABŞ-ı narahat etmiyə bilməzdi .Angela Markelin kansler olan vaxtı Almaniya ABŞ-ın tapşırıqlarını yerinə yetirmirdi .Ona görədə Markeli uzaqlaşdırıb, Şoltsu kansler etdilər.Şolts birmənalı şəkildə,ancaq ABŞ maraqlarının təmsilçisi kimi çıxış edirdi .Çünki Şoltsun babası Hitlerin yanında ən məşhur faşist olub .”

Cümşüd Nuriyevin sözlərinə görə Almaniya mövcud vəziyyətdən çıxmaq üçün Rusiya ilə gizli danışıqlar aparır .

“Almaniya gördüki,ABŞ-ın yürütdüyü siyasət bilavasitə onun çökdürülməsinə yönəlib .Təbiki ,orda bunu kifayət qədər başa düşən var .”Şimal-1”,”Şimal-2” vasitəsi ilə Rusiya və Belarusiyadan qaz almaq,gübrə və başqa şeyləri , Almaniya ucuz qiymətə alırdı .Bir sözlə çoxlu yeraltı sərvətlər alırdılar .İndi onların hamısı dayanıb . Avropada qiymətlər 3-4 dəfə qalxıb .İlk dəfədir ki , Avropada ərzaq inflyasiyası ,avronun inflyasiyasından dəfələrlə artıqdır .Bu bir növ idxal olunmuş inflyasiya sayılır .Qiymətlərin qalxması ,həmin dövlətlərin maraqlarına uyğun gəlməsə də məcburiyyət qarşısında bazar qiyməti qaldırır .Belə bir şəraitdə , Almaniyanı çökdürməmək üçün ,Rusiya ilə danışıqlar aparması təbii qarşılanmalıdır .Çünki Rusiya onlar üçün həm böyük bazar ,həmdə resurs mənbəyidir.Son 1-2 ayda Almaniya-Rusiya münasibətlərinin gizli səviyyədə düzəlməsi nəticəsində Avropada inflyasiya 0,6 % düşüb.”

Politoloq Avropanın bir neçə istiqamətdə parçalanmaq üzrə olduğunu ,həmçinin Avropada yaxın 3-4 ay ərzində çox ciddi qarşıdurma olacağını vurğuladı.

“Avropa ABŞ-ın nüfuz dairəsindən çıxmağa çalışır .Fransa özünü Avropanın diplomatik sükançısı hesab edirdi .Lakin son siyasi olaylar onu göstərir ki ,Makronun ümumiyyətlə diplomatiyadan xəbəri yoxdur. Avropa bir neçə istiqamətdə parçalanmaq üzrədir .Bu özünü Yanvar-fevral aylarında mütləq göstərəcək.Çünki Avropanın yaxınlaşan qışdan çıxması ciddi problemdir .Yaxın 3-4 ay ərzində Avropada çox ciddi qarşıdurmalar olacaq.”

Fərahim Rəhimov