SON DƏQİQƏ: Ağdam xəstəxanasında 12 tibb işçisi zəhərlənib – YENİLƏNDİ – 2backend

Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

Bu barədə “Yeni Gündəm”-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

***

14:34

“Yeni Gündəm”-in APA-ya istinadən verdiyi xəbərə görə, Poliklinika şöbəsində çalışan 10 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib.

Onlar hazırda xəstəxanada müalicə olunur.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.

***

13:53

Ağdamda Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

“Yeni Gündəm” trend-ə istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində dezinfeksiya işlərinin aparılması olub.