SON DƏQİQƏ: Ağdaşda xüsusi əməliyyat keçirildi — Rüşvət alan daha bir yüksək vəzifəli tutuldubackend

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib.

“Yeni Gündəm” xəbər verir ki, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub.

DSMF-nin yüksək vəzifəli əməkdaşının rüşvət alma faktı üzrə saxlanıldığı deyilir.

Saytımızı izləyin, hadisə ilə bağlı oxuculara ətraflı məlumat veriləcək. (demokrat.az)