SON DƏQİQƏ: Azərbaycan ordusunun polkovniki Kəlbəcərdə MİNAYA DÜŞDÜ!backend
Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.
Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
Qeyd edək ki, Vüqar İsbəndiyarov polkovnik rütbəsi daşıyır və briqada komandiridir.