SON DƏQİQƏ: Azərbaycan şəhərində bina çökdü – ÇOX SAYDA YARALI, UÇQUN ALTINDA QALANLAR VARbackend

Təbriz şəhərində yaşayış binası çöküb.

APA xəbər verir ki, hadisə Təbrizin mərkəzində 5 mərtəbəli binada baş verib.

Binanın çökməsi nəticəsində 12 nəfər xəsarət alıb. Dağıntılar altında insanların qaldığı bildirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.