SON DƏQİQƏ:Azərbaycana qoyulan qadağa götürüldübackend

Azərbaycan və Ermənistanın beynəlxalq oyunlara ev sahibliyi etməsinə icazə verilib.

Bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Qurum bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb. Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.