SON DƏQİQƏ:Azərbaycanda daha bir məmur koronavirusdan vəfat etdibackend

Sumqayıtda yüksək vəzifəli məmur koronavirusdan vəfat etdiSumqayıtda yüksək vəzifəli məmur koronavirusdan vəfat edib.

“Yeni Gündəm”-in məlumatına görə, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirus diaqnozu qoyulub. Aparılan müalicə tədbirlərinə baxmayaraq  vəziyyəti pisləşən  İ. Abdullayev Bakıda xəstəxanalardan birində 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ. Abdullayev 2019-cu ilin martından Sumqayıt Sukanal İdarəsinin rəisi vəzifəsində çalışırdı.APA