SON DƏQİQƏ:Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdibackend

Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.

“Yeni Gündəm”-in məlumatına görə, 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.

E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.Report