SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ PARTLAYIŞ BAŞ VERDİ – YARALILAR VAR (VİDEO)backend

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında partlayış zamanı xəsarət alaraq tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan – 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan – 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan – 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.

“Yeni Gundem”-ə bununla bağlı TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

***

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində 14 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində partlayış ilkin ehtimala görə qaz sızmasından baş verib.

“Yeni Gunden” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.

“Hadisə nəticəsində 4 xəsarət alıb və həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər”, – o əlavə edib.

***

Abşeron rayonu, Xırdalanda yaşayış binasında partlayış zamanı 4 nəfər xəsarət alıb. 

“Yeni Gundem” “Report”a xəbər verir ki, hadisə zamanı ana və 3 övladı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, hadisə çoxmərtəbəli yaşayış binasında baş verib.

***

Xırdalanda yaşayış binasında partlayış zamanı 3 nəfər xəsarət alıb.

“Yeni Gundem”-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış barədə ilkin məlumat daxil olub.

“Yeni Gundem”-ə FHN-dən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.

Əlavə məlumat veriləcək.