SON DƏQİQƏ:Azərbaycanda dəhşətli qəza sürücünün başı qopdubackend

Ağsu rayonunun Çaparlı kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İsmayıllı rayon sakini, 1970-ci il təvəllüdlü Şirinov Qərib Fərmayıl oğlu “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, maşın dərəyə yuvarlanıb.

Dəhşətli hadisə nəticəsində sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün başı qopub.

Faktla bağlı araşdırma aparılır.