SON DƏQİQƏ: Azərbaycanda gecə saatlarında dəhşət: Yaralılar varbackend

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.