SON DƏQİQƏ: Azərbaycanda güclü partlayış BAŞ VERDİ – YARALI VARbackend

Samuxda qaz partlayıb.

“Yeni Gündəm” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, C.Qurbanov evdə işığı yandıran zaman partlayış baş verib. Təfərrüatlar araşdırılır.