SON DƏQİQƏ: Azərbaycanda koronavirusla bağlı son vəziyyətbackend
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə 99 alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Gündəm”-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 336 417 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 433 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1006 nəfərdir.
Ölkədə son sutka ərzində 8 679, hazırkı dövrədək isə 3 787 089 test aparılıb.
Son gündə koronavirus əleyhinə 52 317 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 103 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 792 764, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 345 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 447 687 təşkil edir.