SON DƏQİQƏ: Azərbaycanda Millət vəkili kliniki ölüm keçirdi – FOTObackend

Milli Məclisin deputatı Fəzail Ağamalı iki ay əvvəl ürəyindən əməliyyat olunarkən kliniki ölüm keçirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə F.Ağamalı REAL TV-nin “Göstərir radio” verilişində bildirib.

Deputat qeyd edib ki, 55 yaşınadək dərman içməyib: “Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm. Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər…”.