SON DƏQİQƏ! Azərbaycanda silahlı şəxs tutuldu  –  ƏMƏLİYYATIN VİDEOSUbackend

Gəncədə üzərində silah gəzdirən şəxs saxlanılıb. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarına Arzu Kərimovun üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, keçirilən tədbirlər nəticəsində Sovxoz Nizami adlanan ərazidə Arzu Kərimov saxlanılıb:

“Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən, sellofan torbadan aşkar edilən odlu silahın qundaq və lüləyi, fərdi yaşayış evinin yataq otağından isə parça torbada ümumi çəkisi 406 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb”.

Saxlanılan Arzu Kərimov odlu silahı bir müddət əvvəl zibillikdən tapdığını bildirib: “Dəsmalın arasında gördüm nə isə var. Açanda gördüm silah. Gətirdim evə, lüləyini kəsdim. Lüləyini məhəllədə gizlətdim, özünü də evə qoydum. Bu gündə istədim götürüb aparıb başqa yerdə gizlədim. Başqa yerə gizlətməyə aparanda polis əməkdaşları saxladılar. Üzərimdən silah çıxdı”.

Faktla bağlı cinayət iş açılıb.