SON DƏQİQƏ: Azərbaycanda tələbə faciəvi şəkildə öldübackend
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) nəzdindəki kollecin tələbəsi avtomobil qəzasında ölüb.
”Yeni Gündəm” xəbər verir ki, bu barədə kollecin “Facebook” səhifəsində paylaşım edilib.

“ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avto-qəza nəticəsində həyatını itirib.
Tələbəmizin zamansız vəfatından məyusluğumuzu bildirir, ailəsinə səbr arzulayırıq. Allah rəhmət eləsin!”,- deyə paylaşımda bildirilib.