SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN AZAD EDİLDİbackend

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

“Yeni Gündəm”-in xəbərinə görə, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarından məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər