SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs saxlanıldı – FOTObackend

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılması xəbəri yayılıb.

Gundem.az  Demokrat.az saytına istinadən xəbər verir ki, Azər Rəcəbov ötən gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, A.Rəcəbov artıq Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıya gətirilib.

Xatırladaq ki, Azər Rəcəbov bu vəzifəyə 6 ay öncə təyin olunub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti informasiya sorğumuza cavab vermək istəməyib.