SON DƏQİQƏ:Azərbaycanın tanınmış iş adamı koronavirusdan vəfat etdibackend

Azərbaycanın sığorta bazarının tanınmış mütəxəssisi, uzun illər bank və sığorta sektorunda mühüm vəzifələr tutmuş və bir sıra sığorta şirkətlərinə rəhbərlik etmiş Xəyal Məmmədxanlı vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilir ki, o, bu saatlarda koronavirusdan dünyasını dəyişib.

Bundan əvvəl Xəyal Məmmədxanlının koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu bildirilirdi.

Allah rəhmət eləsin!

First slide