SON DƏQİQƏ: Azərbaycanla Ermənistan RAZILIĞA GƏLDİ – Ordumuz GERİ ÇƏKİLDİ VƏ…backend
Sərhədlə bağlı danışıqlar başa çatıb, Azərbaycan və Ermənistan razılığa gəliblər.
Bu barədə müxtəlif erməni mənbələr razılaşma ilə bağlı bəzi detalları da yayımlayır:
– Azərbaycan Ermənistanın tələb etdiyi formada tamamilə geri çəkilməyib: Qaragöl istiqamətində irəlilədiyi 3,5 kilometr məsafədən 1,5 kilometrə qədər geri çəkilir;
– 1,5 kilometr əraziyə sərhəd xətti və neytral bölgə də daxil ediləcək, bu ərazi boyunca Azərbaycan və Ermənistan hər biri 4 post quracaq;
– Postlarda ağır zirehli texnika olmayacaq, sərhəddə yalnız yüngül silahlarla təchiz olunmuş nizami ordu dayanacaq;
– Vardanes və Geqarkunik istiqamətində isə sərhədlə bağlı hələlik razılıq olmayıb;
Bu, erməni mənbələrin iddia etdiyi razılaşmadır. Razılaşma ilə bağlı ən maraqlı şərhi “Hraparak” nəşri yazıb.
“Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”, – nəşr yazır.